...

Karantin dövründə psixoloji dəstək üçün müraciət edən şəxslərin sayı açıqlandı

Cəmiyyət Materials 13 Aprel 2020 11:43 (UTC +04:00)
Karantin dövründə psixoloji dəstək üçün müraciət edən şəxslərin sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin 146-3 "Qaynar xətt" xidmətinə 6-10 aprel tarixlərində ümumilikdə 250 zəng daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlərin mövzusu əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli olub.

Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti