...

Buraxılış imtahanının nəticələrindən narazı olanlar üçün ərizə qəbuluna başlanılıb

Cəmiyyət Materials 20 Aprel 2020 10:55 (UTC +04:00)
Buraxılış imtahanının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün ərizə qəbuluna başlanılıb
Buraxılış imtahanının nəticələrindən narazı olanlar üçün ərizə qəbuluna başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının 2020-ci il martın 1-də keçirilən birinci mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu aprelin 22-dək davam edəcək.

Komissiyaya müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar:

"Ötən illərin təcrübəsi göstərir ki, ümumiyyətlə, tapşırığa cavab verməyənlər və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmayanlar da komissiyaya müraciət edirlər.

Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin saytında imtahanda istifadə olunan sual kitabçaları, test tapşırıqlarının izahı da yerləşdirilib. İmtahan iştirakçılarına, həmçinin valideynlər, müəllimlər, ekspertlərə test tapşırıqları və onların izahı ilə tanış olmağı tövsiyə edirik. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 20-22 aprel tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Müraciətlərə aprelin 27-dən etibarən baxılmağa başlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti