...

Azərbaycanda Ukrayna sakinləri üçün xüsusi reys təşkil olunacaq

Cəmiyyət Materials 5 May 2020 15:15 (UTC +04:00)
Ukraynanın Azərbaycandakı səfirliyi “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti ilə birgə Bakı-Kiyev xüsusi reysini təşkil edib
Azərbaycanda Ukrayna sakinləri üçün xüsusi reys təşkil olunacaq

Bakı. Sədrəddin Ağcayev - Trend:

Ukraynanın Azərbaycandakı səfirliyi “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti ilə birgə Bakı-Kiyev xüsusi reysini təşkil edəcək.

Trend bu barədə səfirliyə istinadən məlumat verir.

Reys Ukrayna vətəndaşlarının, eləcə də Ukraynada yaşayış hüququ olan şəxslərin geri qayıda bilməsi üçün həyata keçiriləcək.

Məlumata əsasən, reys mayın 11-də Bakı vaxtilə saat 15:30-da baş tutacaq və Kiyev vaxtilə saat 18:30-da çatacaq.

Biletləri aviaşirkətin rəsmi saytından almaq olar. Qeydiyyat Heydər Əliyev beynəlxalq hava limanında “Ukrayna Beynəlxalq Hava Yolları”nın stendində keçiriləcək.

Nəzarət-buraxılış məntəqəsində sərnişinlər Ukrayna nömrəsi olan telefonu nümayiş etdirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti