...

Gəray Gəraybəyli: Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərindən elmi tədqiqat işləri üçün də istifadə ediləcək

Cəmiyyət Materials 13 May 2020 16:32 (UTC +04:00)
Gəray Gəraybəyli: Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərindən elmi tədqiqat işləri üçün də istifadə ediləcək

Bakı. Trend:

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin bir neçə istiqamətdə istifadəsi nəzərdə tutulub. Bunlardan biri də elmi təqdiqat işləri ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib.

Onun sözlərinə görə, hazırda COVID-19-un koronavirusun bioloji, mikrobioloji, kliniki xüsusiyyətləri haqqında dünyada tam təsdiqlənmiş məlumatlar yoxdur:

"Biz vaxtında qabaqlayıcı tədbirlər gördüyümüzə görə, koronavirusla mübarizənin önündəyik. Bu, çox vacib məsələdir. Bir ay öncə virusun xüsusiyyətləri haqqında deyilən fikirlər indi dəyişib. Hətta xəstəliyin fərqli əlamərtləri də ortaya çıxır. Hələlik koronavirus infeksiyasına qarşı tam təsdiqini tapmış protokol yoxdur. Hazırda koronavirus infeksiyası üçün spesifik, məhz bu infeksiya üçün istifadə olunan müalicə üsulu da yoxdur. Hələ xəstəliyin peyvəndi də hazırlanmayıb. Peyvənd hazırlansa belə, onun effektivliyi, yan təsirlərinin necə olacağı hələ bilinmir. Məncə bu fondda olan vəsaitlərin bir qismi elmi tədqiqatlara istifadə olunmalıdır.

Mən inanıram ki, bəşəriyyət mütləq COVİD-19 infeksiyasına qalib gələcək. Lakin virusla bağlı qabaqlayıcı, profilaktik tədbirlər elmi tədqiqatlara əsaslanmış təkliflər nəticəsində olmalıdır. Bu virusun forması, xüsusiyyətləri, modifikasiyası, mutasiyası, o cümlədən, müalicə üsulu öyrənilməlidir. Məhz elmi tədqiqatlara əsaslanan qərarlar verməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti