Bakı. İlhamə İsabalayeva – Trend:
Bəzən koronavirusa yoluxan xəstələr özlərini soyuqdəyməsi olan insanlar kimi müalicə edirlər.
Trend-in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.
Xəstələrin özünü müalicə etməsini düzgün saymayan R.Bayramlı bildirib ki, bu hal onların vəziyyətinin ağırlaşmasına səbəb ola bilər.
Onun sözlərinə görə, bu səbəbdən bəzi xəstələr ağır vəziyyətdə olarkən xəstəxanaya müraciət edirlər.