...

Yevlaxda Beynəlxalq Uşaq Günü münasibətilə aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2020 23:48 (UTC +04:00)
Yevlaxda Beynəlxalq Uşaq Günü münasibətilə aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Yevlax Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllülərinin dəstəyilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə aksiya təşkil olunub.

Yevlax Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, gənclər şəhərdə gəzən uşaqlara yaxınlaşaraq onlara müxtəlif oyuncaqlar bağışlamaqla azyaşlılara sevinc bəxş ediblər.

Tədbir zamanı könüllülər uşaqlara həm də tibbi maskalar bağışlayaraq koronavirus pandemiyasından müdafiə ilə bağlı maarifləndirmə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti