Müəllimlər üçün maska taxmaq məcburi ola bilər

Cəmiyyət Xəbər 27 Avqust 2020 18:21 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirusla bağlı müəllimlər və valideynlər daha çox risk qrupuna daxildir.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 38 faizini 50 yaşdan yuxarı olan müəllimlər təşkil edir: “Bu müəllimlərin təhlükəsizliyini təmin etmək vacibdir. Bu baxımdan müəllimlər üçün maska taxılmasının məcburi olması daha gözləniləndir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti