...

Müəllimlərin işə qəbulu müsabiqəsində 5000-dən artıq namizəd yüksək bal toplayıb

Cəmiyyət Materials 13 Sentyabr 2020 16:41 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il 5000-dən artıq namizəd müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayıb.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 5000-dən artıq namizədin yüksək bal toplaması sevindiricidir: “Çünki bacarıqlı, savadlı şəxslərin müəllim peşəsinə yiyələnməsi bir daha bunu sübut edir ki, müəllimlik peşəsi ən nüfuzlu, ən rəqabətli peşə sahələrindən birinə çevrilməkdədir”.

E.Əmrullayev qeyd edib ki, vakant yerlərin müvafiq qurumlar tərəfindən Təhsil Nazirliiynə təqdim edilməsi və bu yerlərin rəqabət əsasında seçilməsi olduqca vacibdir: “Ən yüksək balı olan namizədlər bu yerləri seçirlər".

Nazir müəllimlərin işə qəbulu müsabiqəsində keçid balını toplayan bütün namizədlərə iş təklif edilməsinin mümkünsüz olduğunu da söyləyib. O, bu baxımdan iş yerlərinin rəqabətli əsaslarla müəyyən edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti