Bakı. Trend:
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tərkibində ekspertlər komissiyası yaradılıb. Komissiyanın tərkibinə turizm və digər sənaye sahələri üzrə nüfuzlu və peşəkar mütəxəssislər cəlb olunub.
Trend-in məlumatına görə, yeni yaradılmış komissiyanın məqsədi turizm sənayesi üçün yeni hədəflərin müəyyən edilməsi və ekspert rəylərinin köməyi ilə yeni turizm imkanlarının araşdırılmasından ibarətdir.
Komissiyaya 11 nəfər daxildir.