...

COVID-19-la mübarizədə Azərbaycan ordusu üçün diqqətli olmalıyıq - Deputat

Cəmiyyət Materials 6 Oktyabr 2020 11:04 (UTC +04:00)
COVID-19-la mübarizədə Azərbaycan ordusu üçün diqqətli olmalıyıq - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan haqq yolunda apardığı mübarizədə qalib gələcək və tarixi ədaləti bərpa edəcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Deputat qeyd edib ki, müharibə rahat deyil: “Bunun ön və arxa tərəfi var. Müharibə uzandıqca, ordunun təhlükəsizliyini təmin etmək çox önəmlidir. Diqqəti çəkmək istədiyim məqam fərqlidir. Arxa cəbhədə Azərbaycan əsgərinin yanındayıq. Azərbycan səhiyyə sistemi COVID-19-la mübarizədə bütün gücünü ortaya qoydu. Bu gün də hərbçilərimizlə birgə ön cəbhədə səhiyyə sistemimiz üzərinə düşən işin öhdəsindən gəlir. Azərbaycan əsgəri əmin əllərdədir”.

Deputat COVID-19-un dünya bəlası olaraq hələ də qaldığını da xüsusi vurğulayıb:

“COVID-19-la mübarizədə acizik. Bu gün həyəcan içərisində Ali Baş Komandanın, ordumuzun apardığı uğurlu işin nəticəsində daha çox bir-birimizlə təmasa giririk. Bu gün Azərbaycan övladları şəhid olmaqdan qorxmayaraq həyata dik baxırlar. Bu gücü qazandıqca, məsuliyyətimiz də artır. İnsanların orduya dəstək üçün yemək, paltar kimi maddi yardım etmək istəyini hamımız görürük. Unutmayaq, hər birimiz əsgərimizi COVID-19-dan qorumalıyıq. Əgər bu pandemiya alovlanarsa, bu gün Azərbaycan əsgəri üçün mübarizə aparan həkimlərimizi geri qaytarmalı olacağıq. Bu çağırışı hər birimiz anlayışla qəbul etməliyik. Azərbaycan əsgərini, Azərbaycan ordusunu COVID-19-dan qorumaqla onlara ən böyük töhfə verə bilərik. Bütün Azərbaycan əhalisindən xahış edirəm. COVID-19-la mübarizədə Azərbaycan əsgəri, Azərbaycan ordusu üçün diqqətli olmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti