...

Qeyri-rəsmi məlumat və videoları yaymayın - MN müraciət etdi

Cəmiyyət Materials 19 Oktyabr 2020 10:42 (UTC +04:00)
Qeyri-rəsmi məlumat və videoları yaymayın - MN müraciət etdi

Bakı. Trend:

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər:

"Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti