Bakı. Trend:
Gəncədəki Rus Pravoslav Kilsəsində erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovun anım mərasimi keçirilir.
Trend-in məlumatına görə, vida mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri iştirak edirlər.
Qeyd edək ki, Ermənistanın Gəncəyə raket zərbəsi nəticəsində oktyabrın 17-də yaralanan 13 yaşlı Rusiya vətəndaşı Artur Vladimiroviç Mayakov dünən vəfat edib.
4 oktyabr 2020-ci il tarixindən indiyədək ermənilərin müharibə çinayətləri Gəncədə 26 mülki şəxsin həyatına son qoyub, 120-dən çox dinc sakinin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub.