...

Hər rayonda şəhidlər muzeyi yaradılsın - Təklif

Cəmiyyət Materials 28 Dekabr 2020 13:24 (UTC +04:00)
Hər rayonda şəhidlər muzeyi yaradılsın - Təklif

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda hər bir rayonda şəhidlər muzeyi yaradılsın. Trend-in məlumatına görə, bu təkliflə deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.

T.Kərimli bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük qələbə qazandı: “Biz bu qələbəni gələcək nəsillərə çatdırmaq üçün işlər görməliyik. Bunun üçün hər bir rayonda şəhidlər muzeyi yaradılmalıdır.

Bizdə Şəhidlər Xiyabanı var. Bura gedəndə biz faciələri xatırlayırıq. Şəhidlər xiyabanlarını qalibiyyət, zəfər memorialına çevrilməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti