...

Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği təsdiq edildi

Cəmiyyət Materials 29 Dekabr 2020 11:40 (UTC +04:00)
Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği təsdiq edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti