Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Qatar növbəti həftənin ilk günündən fəaliyyətini bərpa edəcək:
"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 9 və 10 yanvar (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 11 yanvar tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq".