...

İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə 68 uşaq üzərində ürək əməliyyatı keçirilib

Cəmiyyət Materials 4 Fevral 2021 11:09 (UTC +04:00)
İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə 68 uşaq üzərində ürək əməliyyatı keçirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə 68 uşaq üzərində ürək əməliyyatı həyata keçirilib.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il qan dövranı, tənəffüs, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi, qidalanma pozğunluqları, sidik-cinsiyyət sistemi xəstəlikləri üzrə müraciətlərin sayı çox olub.

2020-ci ildə icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə 35287 cərrahi əməliyyat həyata keçirilib.

Ötən il Şəki-Zaqatala bölgəsi üzrə müraciətlərin sayı çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti