...

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

Cəmiyyət Materials 9 Fevral 2021 16:19 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

Bakı. Trend:

2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 11 fevral tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2021-ci ilin 11 fevral tarixində keçiriləcəkdir.

Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti