...

Məktəblərdə qiymətləndirmə ilə bağlı güzəştlər nəzərdə tutulmur - Dövlət Agentliyi

Cəmiyyət Materials 16 Fevral 2021 11:33 (UTC +04:00)
Məktəblərdə qiymətləndirmə ilə bağlı güzəştlər nəzərdə tutulmur - Dövlət Agentliyi

Bakı. İlhamə İsabalayeva - Trend:

Qiymətləndirmə ilə bağlı peşə təhsili müəssisələrinə artıq təlimatlar verilib, amma qiymətləndirmə ilə bağlı müəyyən güzəştlərin edilməsi nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, təhsilalanlar üçün distant təhsildə çatışmayan hissələri əyani tədrisdə verməyə və onların biliyini möhkəmləndirməyə çalışırlar:

"Peşə təhsil müəssisələrində təhsilverənlərin əsas məqsədi odur ki, peşə təhsilinin əsas məzmununu təhsilalanlara çatdırsınlar. Aydın məsələdir ki, distant təhsildə müəyyən problemlər olub. Amma artıq əyani tədris bərpa edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti