Şəhid tabor komandiri “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb (FOTO/VİDEO)

Şəhid tabor komandiri “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb (FOTO/VİDEO)

Bakı. Trend:

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir vaxtlar bu xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin “Zabit ixtisas kursu”nu bitirmiş Azərbaycan Ordusunun şəhid zabiti mayor Rəhim Qədir oğlu Hüseynovun anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin, təhsil aldığı hərbi məktəblərin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

“Qələbəyə gedən yollar” adlı ədəbi-musiqili kompozisiya təqdim edilib.

Layihə müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani şəhid mayor Rəhim Hüseynovun hər bir gənc üçün örnək olan qısa, ancaq şərəfli ömür və döyüş yolu barədə ətraflı məlumat verib.

Nəzərə çatdırılıb ki, Rəhim Hüseynov 1994-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib.

Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.

İngilis, rus, erməni dillərini mükəmməl bilən, Azərbaycan zabitinin ən yüksək mənəvi və iradi keyfiyyətlərini özündə birləşdirən igid zabitimiz xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edərək Azərbaycan bayrağını həmişə şərəflə daşıyıb.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalları ilə təltif olunan igid tabor komandiri 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub və ən yüksək məqama-şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev igid zabitimizin xidmətlərini yüksək qiymətləndirərək ölümündən sonra onu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunələrinə, o cümlədən hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə “Qarabağ” ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib.

Anım mərasimində qeyd edilib ki, Azərbaycan Ordusunun tabor komandiri mayor Hüseynov Rəhim Qədir oğlu 2020-ci ilin yekunları üzrə “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb.

Diqqətə çatdırılıb ki, Əfqanıstan İslam Respublikasında həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında mayor R.Hüseynov 21 yanvar 2020-ci ildən 12 avqust 2020-ci ilədək Azərbaycanın Sülhməramlı Kontingentinin, eyni zamanda, Hamid Karzai Beynəlxalq Hava Limanında “NKIA” Qüvvə Mühafizəsi Qrupu Taborunun komandir müavini və komandiri vəzifələrini icra etmişdir.

Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasının və Amerika Birləşmiş Ştatları Qüvvələrinin Komandiri (ABŞ Quru Qoşunlarının Generalı) Austin Scott Miller igid həmyerlimizin təltif olunması ilə bağlı təqdimatında onun ləyaqətli xidmətinin təfsilatını bu cür dəyərləndirmişdir:

“Mayor Hüseynov NKIA-nın təhlükəsizliyini yüksəltmək və koronovirus epidemiyası dövründə müvafiq tədbirləri həyata keçirmək üçün müxtəlif millətlərdən olan çoxsaylı qüvvələrdən ibarət FPG Taboruna rəhbərlik etdiyi zaman fərqlənmişdir. O, şəxsi heyət arasında güclü ünsiyyət qabiliyyəti və peşəkar hərbi intizamı vasitəsilə üstün liderlik bacarığını nümayiş etdirmiş, olduqca gözəl işçi münasibət yaratmışdır. Bununla o, düşmənin nəzərə çarpan təhdidləri, eləcə də koronovirus epidemiyasının gətirdiyi özünəməxsus çətinlikləri əhatə edən son dərəcə ağır dövrdə NKIA-nın Qüvvə Mühafizəsi Qrupunun vəziyyətdən xəbərdarlıq səviyyəsinin yüksəkdə saxlanılmasına zəmin yaratmışdır.

Qarşılıqlı uyarlılıq çərçivəsində təhlükəsizlik məsələləri üzrə boşluqlara yol vermədən bazanın təlabatlarına uyğun olaraq beş millətdən (Albaniya, Azərbaycan, Portuqaliya, Polşa, Türkiyə) ibarət olan “ABBEY”, “Şərq” və “Şimal” giriş qapılarının və Çevik Cavab Qüvvələrinin idarə olunmasında böyük səy göstərmişdir. Onun liderliyi və təşkilatçılığı ilə bu giriş qapıları vaxt itkisinə yol vermədən təcili tibbi müdaxilə üçün on nəfərdən çox ağır yaralı koalisiya heyətinin NKIA-nın “Role-2” hospitalına ötürülməsini müvəffəqiyyətlə həyata keçirmişdir.

Mayor Hüseynov baş verə biləcək mülki iğtişaşlara, cavab və giriş qapılarının fəaliyyətinə dair taktika, texnika, prosedurların hazırlanması və tətbiqinə rəhbərlik etmişdir. Onun liderliyi və fəaliyyətləri bütün giriş qapılarında xidmət edən heyətin bu meyarlar üzrə hərtərəfli təlimini və bu xüsusda Çevik Cavab Qüvvəsinin düzgün strategiya və tətbiq olunmasını təmin etmişdir. Mayor Hüseynovun rəhbərliyi və göstərişləri altında epidemiya dövründə tələb olunan 250-dən çox yerli nümayəndənin tibbi və təhlükəsizlik yoxlanılması NKIA tərəfindən müvəffəqiyyətlə həyata keçirilmişdir. Bu fəaliyyətlər NKIA-nın əməliyyatlar üçün tələb olunan fəaliyyətinin yüksək səviyyədə saxlanılması və əməliyyat teatrının əsas “Enmə/Yükboşaltma Aedromu”nun daimi fəaliyyətinin təmini üçün zəruri idi. Nəhayət, onun komandanlıq, inkişaf, təşkilatçılıq və kritik düşünmə üzrə unikal istedadı müxtəlif məsələlərin çoxsaylı həllinə gətirib çıxarmışdır.

Mayor Hüseynovun nümayiş etdirdiyi işçi keyfiyyətlər NATO əməliyyatlarının yüksək ənənələrini qoruyur və o, “NATO-nun Ləyaqətli Xidmət Medalı”na (əməliyyat üzrə) layiq görülür”.

NATO-nun Baş Katibi Jens Stoltberqin imzaladığı sənəddə göstərilir ki, mayor Rəhim Hüseynov NATO-da təyin olunduğu vəzifəsinin icrası ərzində müstəsna xidmətinə görə “NATO-nun Ləyaqətli Xidmət Medalı” ilə təltif olunmuşdur. O, özünə böyük şərəf gətirən və Alyans tərəfindən təmsil olunan hər kəsin ehtiram və minnətdarlığını qazandıran mükəmməl liderliyini nümayiş etdirməklə, Alyansın ən gözəl ənənələrini qoruyub saxlamışdır.
Tədbirdə qeyd olunub ki, həmin medal və sertifikat artıq Azərbaycandadır və NATO tərəfi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məktub ünvanlayaraq həmin təltifin qəhrəman tabor komandirinin ailəsinə təntənəli şəkildə təqdim olunmasını xahiş edir.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarını nazirliyin rəhbərliyi adından salamlayaraq mayor Rəhim Hüseynovla Vətən müharibəsi cəbhələrində dəfələrlə qarşılaşdığı anları yada salıb. Onu qorxmaz, cəsur bir döyüşçü, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik intellektual səviyyəli zabit, tabeliyində olan şəxsi heyətin qayğıları ilə yaşayan, hər bir əsgər və zabitin sevgisini qazanan komandir kimi xarakterizə edib.

Şəhidin valideynlərinə Vətənə belə bir məğrur oğul tərbiyə etdikləri üçün dərin minnətdarlığını bildirən, ailəsinə bundan sonra firavan həyat arzulayan nazir müavini NATO-nun ən nüfuzlu medalını mayor Rəhim Hüseynovun böyük oğlu Hikmətə təqdim edib.

Şəhid övladının “Bu yüksək mükafatı alarkən şəhid atamın əvəzindən “Azərbaycan Respublikasına xidmət edirəm!” deyirəm. Qoy düşmənlərimiz birdəfəlik bilsinlər ki, Vətən uğrunda şəhid olan Rəhim Hüseynov kimi oğullar ölməyiblər. Onların yurdunda yeni-yeni igidlər yetişir. Biz üç qardaş atamızın yolunu davam etdirəcəyik. Biz Azərbaycan Ordusunun gələcəyiyik. Atamın müqəddəs ruhu qarşısında and içirik!” sözləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Şəhidin atası oğlunun, eləcə də bütün şəhidlərin xatirəsinin əziz tutulduğu, adlarının əbədiləşdirildiyi, ailələrinin daim diqqətdə saxlanıldığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına ailələri adından minnətdarlıq edib.

Şəhidin anası Həqiqət xanım oğlu ilə fəxr etdiyini, həyat yoldaşı Günel xanım Rəhimin yadigarlarını, üç oğul övladını şəhid atalarının adına layiq vətənpərvər oğul kimi tərbiyə edəcəyini deyib.

Millət vəkili Jalə Əliyeva 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi zəfərin tarixi bir zəfər olduğunu vurğulayıb. Xalqımızın Azadlıq meydanında keçirilən Zəfər paradının təəssüratları ilə hələ də yaşadığını, qalib bir ölkənin vətəndaşları olmaqdan böyük qürur duyduğunu dilə gətirib.

Millət vəkili əmin olduğunu bildirib ki, mayor Rəhim Hüseynov kimi oğulların qanları, canları bahasına işğaldan azad edilən tarixi torpaqlarımızda böyük quruculuq işləri geniş vüsət alacaq, viran edilmiş kəndlərimiz, şəhərlərimiz yenə də xalqımızın birliyi, həmrəyliyi sayəsində yenidən qurulacaq, qaçqınlar, köçkünlər doğma yurd yerlərinə dönəcək, Şuşada keçiriləcək “Vaqif poeziya günləri”, “Xarı-bülbül” festivalı yenə də əziz qonaqlarını Azərbaycanın mədəniyyət paytaxtına toplayacaqdır. Yeni salınacaq parklara, küçələrə, xiyabanlara uğrunda qanları tökülən igidlərin adları veriləcək, zirvələrdə xilaskar Azərbaycan əsgərinin möhtəşəm abidəsi ucaldılacaqdır.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi, Vətən müharibəsi iştirakçısı general-mayor Mübariz Rzayev, hərbi hissə komandiri polkovnik Ədalət Hacıyev, silahdaşları adından mayor Fərhad Ömərov və başqaları çıxış edərək şəhid tabor komandiri haqqında xatirələrini bölüşüb və bu kimi tədbirlərin şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcək Vətən müdafiəçilərinin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Anım mərasimi respublikanın Xalq artisti Samir Cəfərov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirak etdikləri “Vətən müharibəsinin Zəfər bayraqlarına düzlən!” adlı ədəbi-musiqili kompozisiya ilə başa çatıb.

Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Loading Bars
Xəbər lenti
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Bütün xəbərlər