“Xocalı ağrısından gələcəyə baxış” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)

“Xocalı ağrısından gələcəyə baxış” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Dünən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏGF) Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi, Macarıstanın “Subyektiv Dəyərlər Fondu” və Budapeştdə yerləşən Soyqırım və Kütləvi Qırığınların Qarşısının Alınması Fondunun birgə təşkilatçılığı ilə “Xocalı ağrısından gələcəyə baxış” adlı beynəlxalq onlayn konfrans keçirilib. Faciənin 29-cu ildönümündə Xocalı qurbanlarını yad etmək məqsədilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təşkil edilən təbirdə beynəlxalq tədqiqatçılar və ekspertlər çıxış ediblər. Konfransın moderatorluğu ABŞ-dan olan mütəxəsis Sara Bouman və beynəlxalq film prodüseri Tyagi Pallava tərəfindən edilib.

Tədbirin açılış hissəsində İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev 29 il əvvəl Xocalıda erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətin miqyasından və təmsil etdiyi qurumun Xocalıya Ədalət kampaniyasının hədəfləri istiqamətində gördüyü işlərdən bəhs edərək bu tərz konfransların faciə haqda geniş məlumatın dünya ictimaiyyətinə çatdırılması baxımından vacibliyini qeyd edib. Soyqırım və Kütləvi Qırığınların Qarşısının Alınması Fondunun sədri və soyqırımlar üzrə beynəlxalq ekspert Gyorqi Tatar öz çıxışında Fondun dünyada və o cümlədən Avropa qitəsində etnik nifrətə qarşı mübarizə zəminində fəaliyyət apardığını nəzərə çatdırıb. O, münaqişə aparan tərəflər arasında dialoqun zəruri olduğunu vurğulamaqla yanaşı, “ədalətsiz sülh olmur” tezisini xatırladıb və Xocalı faciəsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin müvafiq addımlar atmalı olduğunun vacibliyini bildirib.

Faciədən bir neçə gün sonra İngiltərənin “Independent” qəzetində Xocalıda baş verənlər haqda məqaləsi dərc edilən və o zaman qəzetin Cənubi Qafqaz üzrə müxbiri olan Helen Uoumakın xahişi ilə onun 1992-ci ildə nəşr edilən məqaləsi konfrans iştirakçıları üçün oxunub. Məqalədə jurnalist bir gün ərzində qətl edilən insanların sayından, yaralı qadın və uşaqların çəkdiyi əzablardan dəhşətə gəldiyini qeyd edib.

ABŞ-ın Sahil Karolina Universitetinin professoru Kristofer Qann konfransın ilk panelində çıxış edərək erməni terror təşkilatlarının keçən əsr boyunca azərbaycanlılara və türklərə qarşı törətdikləri cinayətlərdən və apardığı tədqiqata əsasən 20-ci əsrin 80-ci illərinin ən fəal erməni əsilli terroristlərinin 90-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəldiklərini bildirib. Xocalı kimi dəhşətli bir qətliamın baş verməsində məhz belə soyuqqanlı və amansız terroristlərin iştirakının da rol oynadığını qeyd edib.

Xocalıdan olan Nərmin İbrahimova hadisə zamanı uşaq olmasına baxmayaraq, faciənin sağ qalanlar üzərində ağır travma və sarsıntı qoyduğunu və faciənin dəhşətini bütün həyatı boyu yaşadığını qeyd edərək Xocalı cəlladlarının ən qısa zamanda beynəlxalq səviyyədə mühakimə edilməsinin həyatda qalanların qismən rahatlıq tapmasına və ədalətin bərqərar olmasına xidmət edəcəyini bildirib.

ABŞ-dan olan siyasi şərhçi və aparıcı, “Dağlarda cinayət” kitabının müəllifi Raul Loveri Contreras Azərbaycana gələrək faciə zamanı əsir götürülən Xocalı sakinləri ilə görüşdüyünü qeyd edib, xüsusilə, qadınların və uşaqların başına gələn müsibətlərdən dəhşətə gəldiyini bildirib. R.Contreras həmçinin 44 günlük 2-ci Qarabağ müharibəsinin nəticələrinə də toxunaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin bölgənin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Konfransın ikinci panelində hüquqşünas və insan hüquqları müdafiəçisi Fahmida Faiza Xocalı faciəsinin hüquqi aspektlərindən bəhs edərək faciənin beynəlxalq səviyyədə müvafiq hüquqi qiymət almasının vacibliyini vurğulayıb. “Subyektiv Dəyərlər Fondu”nun sədri Marsel Lorints 90-cı illərin əvvəllərində Qarabağın işğalı ilə bölgədəki sülhün yox edilməsindən, Xocalı kimi mühaibə cinayətinin xalqlar arasında uçurum yaratmasından və gələcəkdə dayanıqlı sülhə nail olmaq üçün bu cinayətin lazımi səviyyədə tanınmasının vacibliyindən bəhs edib. İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşı Sevinc İskəndərova “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası haqda xüsusi təqdimatla çıxış edərək kampaniya çərçivəsində 2008-ci ildən etibarən həyata keçirilən layihələr haqda məlumat verib.

Sonda konfrans iştirakçıları Xocalıya Ədalət kampaniyası tərəfindən yeni hazırlanmış “Xocalı nişanəsi” adlı qısa sənədli videonu izləyiblər.

Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
Loading Bars
Xəbər lenti
Dövlət başçısının Hacıqabulda istifadəyə verdiyi müəssisələr uğurlu iqtisadiyyatın göstəricisidir - Deputat
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib (FOTO/VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
OPEC+ neft hasilatının bərpası ilə bağlı qərarını təsdiq edə bilər
Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir - Mübariz Qurbanlı
Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi
Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı
“Əsas Məsələ”də Ermənistanın revanşizmi, üzərinə düşən öhdəliklərdən boyun qaçırması kimi məsələlər müzakirə olunub
Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Yaşıl rəngli tərəvəzlərin faydası
Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
Ağdam rayonunun Baş Qərvənd kəndi (VİDEO)
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? TƏBİB açıqladı (VİDEO)
Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur - Belarus səfiri
Azərbaycan - İndoneziya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə
Hamiləlik testləri - Hansı testə güvənək?
Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Belarusun ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub (FOTO)
Çexiyanın yeni xarici işlər naziri təyin olunub
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
Bakının bu ərazilərində havada tozun miqdarı normadan yüksəkdir
Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
İslahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub - Elman Rüstəmov
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İndoneziyada sualtı qayıq itib - 53 nəfərin taleyi məlum deyil
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bərdədə vətəndaşların mənzillərini qarət edən dəstə yaxalandı
Ağır yaralanan daha 12 qazi Türkiyəyə göndərilib (FOTO)
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Bakıda özünü və iki körpəsini binadan atan qadının məhkəməsi başlayır
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Azərbaycanda auditin rəqəmsallaşdırılması üzrə işlər sürətləndirilir - Auditorlar Palatasının sədri
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Qusarda narkotik becərən şəxs yaxalanıb (FOTO)
2 koronavirus xəstəsi küçədə saxlanıldı (FOTO)
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib
Bakıda meyiti damda tapılan qız niyə ölüb? - Araşdırma başladı
Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı
Qubadlının Ulaşlı kəndi (VİDEO)
Bu həftə ünvanlı yardımın ödənilməsi nəzərdə tutulub - DSMF
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Bütün xəbərlər