...

Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva

Cəmiyyət Materials 13 Aprel 2021 16:15 (UTC +04:00)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva

Qubadlı. Samir Əli - Trend:

Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivədində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ETSN-in hidrometeorologiya sahəsinin modernləşdirilməsi, ölkədə dövlət investisiyaları çərçivəsində ən müasir texnologiyalar tətbiq olunur:

"İstər atmosferdə baş verən dəyişiklikləri izləyən ən müasir dopler radarlarından istifadə, istərsə də yaxın gələcəkdə ölkədə erkən xəbərdarlıq sisteminin yaradılması ilə bağlı yeni biliklərə malik olan gənc mütəxəssislərin bizim sahəyə gəlməsinin vacibliyini artırır. Buna görə də kadr potensialının artırılmasına yönələn işlərin görülməsi prioritetimizdir. Burada həm Türkiyə Meteoroloji Nazirliyinin, həm Avropa Birliyi və BMT-nin dəstəyi ilə müxtəlif layihələr çərçivəsində təlimlərin keçirilməsi mütamadi şəkildə təşkil olunacaq. Rəqəmli modellərin tətbiqi bir tələb olaraq hidrometeoroloqlarla bərabər, fizika, riyyaziyyat və İT sahəsində bilikləri olan mütəxəssislərin fəaliyyət göstərməsini şərtləndirir. Ümüd edirik ki, ümumiyyətlə hava proqnozunun hazırlanması prosesinin nə dərəcədə maraqlı olduğunu nəzərə alaraq gənclərin hidrometeorologiya sahəsinə yönəlməsini təmin edə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti