...

Xanlar Fətiyev: Azad Rəhimov işgüzar rəhbər, əsl vətənini, dövlətini sevən nazir, səmimi insan, həm də ləyaqətli və sadiq dost idi

Cəmiyyət Materials 2 May 2021 10:43 (UTC +04:00)
Xanlar Fətiyev: Azad Rəhimov işgüzar rəhbər, əsl vətənini, dövlətini sevən nazir, səmimi insan, həm də ləyaqətli və sadiq dost idi

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azad Rəhimov var qüvvəsi ilə Azərbaycan idmanın inkişafında yorulmadan xidmət göstərən əsl əsgər idi. Onun çalışdığı müddətdə ölkəmizdə çox böyük idman layihələri həyata keçirilib. Heç inanmağım gəlmir. Azad müəllim işgüzar rəhbər, əsl vətənini, dövlətini sevən nazir, səmimi insan, həm də ləyaqətli və sadiq dost idi”.

Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev söyləyib.

Onun sözlərinə görə Azad Rəhimovun rəhbərliyi dövründə bütün idman sahələri kimi üzgüçülük də çox böyük inkişaf mərhələsi keçib:

“Bildiyiniz kimi bizim federasiyanın son illər əldə etdiyi böyük uğurlar, göstərilən yüksək nəticələr də federasiya və milli komandanın məşqçiləri, həmçinin idmançıları ilə yanaşı Gənclər və İdman Nazirliyinin, əlaxsus da mərhum Azad Rəhimovun böyük zəhməti var. Azad müəllim bütün təklif və layihələrdə idmançıları dəstəkləyir, Azərbaycan idmanın günü gündən inkişaf etməsi üçün lazımı köməkliyini göstərirdi. Onun vaxtsız vəfatı bütün dostları, yaxınları kimi məni də çox sarsıtdı. Hesab edirəm ki, Azərbaycan idmanı üçün böyük bir itki oldu. Allah rəhmət eləsin” deyə Xanlar Fətiyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti