...

Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb

Cəmiyyət Materials 28 May 2021 22:14 (UTC +04:00)
Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Trend xəbər verir ki, Atakule üstündəki işıq-şou 28 May – Respublika Günü münasibətilə təşkil olunub. Rəngli tabloda yazılan “Azərbaycanın milli günü mübarək olsun!” ifadəsi qüllədə davamlı olaraq “hərəkət edir”.

Qeyd edək ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb.

İşıq-şou yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti