...

Bakı metropoliteni daha bir stansiyanın tikintisinə hazırlaşır

Cəmiyyət Materials 31 May 2021 14:11 (UTC +04:00)
Bakı metropoliteni daha bir stansiyanın tikintisinə hazırlaşır

Bakı. Samir Əli - Trend:

“Bakı Metropoliteni” QSC-də Bənövşəyi xəttin şərti adı B4 olan yeni stansiyasının inşasına hazırlıq gedir.

Trend-in məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yeni inşa ediləcək stansiya Bənövşəyi xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarından sonra sayca 4-cüdür:

“Stansiyanın inşası ilə bağlı ilkin hazırlıq işləri başlayıb. Burada ən müasir inşaat üsullarından istifadə ediləcək. O cümlədən divarlarda qrunt üsulu tətbiq ediləcək. Bu üsulun ən böyük üstünlüyü məhdud ərazidə maksimum keyfiyyətli işə imkan verməsidir”

B.Məmmədov deyib ki, B4 stansiyası Bakının Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti