...

Bakı Slavyan Universitetində "Nizami Gəncəvi və kamil insan konsepsiyası" mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Cəmiyyət Materials 4 İyun 2021 14:31 (UTC +04:00)
Bakı Slavyan Universitetində "Nizami Gəncəvi və kamil insan konsepsiyası" mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə onlayn formada "Nizami Gəncəvi və kamil insan konsepsiyası" mövzusunda dəyirmi masa keçirilib.

Qeyd edək ki,tədbir dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan fllologiyası fakültəsinin dekanı,professor Eldar Piriyev dəyirmi masa iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.Professor Eldar Piriyev tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə və iştirakçılara təşəkkür edib.

Dəyirmi masanın moderatoru, Azərbaycan filologiyası fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Sədaqət Əsgərova bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi nəinki Şərqin,eləcə də bütün dünyanın bədii və ictimai fikrinin yeni mütərəqqi ideyalarla zənginləşməsində mühüm rol oynayıb.Bizim bugünkü tədbiri keçirməkdə əsas məqsədimiz Nizami Gəncəvi yaradıcılığını daha dərindən təbliğ etmək,onun humanist ideyalarını bir daha cəmiyyətə çatdırmaqdır.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxış edərək tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.

Tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova bildirib ki,bugünədək universitetdə Nizami Gəncəvinin həyat və bədii yaradıcılığına həsr olunan 10-dan çox tədbir keçirilib. Bu tədbirlərin hər biri məzmun və forma baxımından bir-birindən fərqli olub. Bizim Nizami Gəncəvi ilə bağlı bu tədbirləri keçirməyimiz müqəddəs mənəvi borcumuzdur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev həmişə Nizami Gəncəvi yaradıcılığına yüksək qiymət verib.Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli”elan edilməsi böyük şair və filosof Nizami Gəncəvinin yaradıcılığına verilən yüksək qiymətin əyani sübutudur.Azərbaycan şairi və mütəfəkkiri olan Nizami Gəncəvi böyük düha sahibidir. Nizami Gəncəvi Avropa İntibahından çox əvvəl Şərq İntibahını yaradıb.Nizami Gəncəvi “Xəmsə”yaradılmasının ənənəsini qoyub.Sonradan yeni “Xəmsə”lər yaransa da,lakin bütün dünyada Nizami Gəncəvinin yaratdığı "Xəmsə" daha üstün tutulur.

Tədbirdə Nizami Gəncəvinin yaradıcılğı ilə bağlı slayd nümayiş etdirilib.

Sonra Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd “Nizaminin insan konsepsiyasının əsas diskursları” mövzusunda, həmin kafedranın professoru Nizami Məmmədov" Nizami Gəncəvinin yaradıcılığı, əsərlərinin dili və digər məsələlərlə bağlı mülahizələr" mövzusunda məruzələrlə çıxış ediblər. Onların məruzələrində Nizami Gəncəvinin zəngin ədəbi irsi,fəlsəfi görüşləri hərtərəfli təhlil edilib, böyük şair və mütəfəkkirin ədalətli cəmiyyət,sülh,humanizm,kamil insan haqqında fikirləri öz dolğun əksini tapıb. Xüsusi qeyd edilib ki,Nizami Gəncəvinin yaradıcılığında ədalət anlayışı ilə kamil insan anlayışı vəhdət təşkil edir.

Yüksək elmi səviyyəyə malik olan məruzələr dəyirmi masa iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Diskussiya formasında davam edən dəyirmi masada Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri,professor Rəhilə Qeybullayeva və tələbə-gənclər Nizami Gəncəvi yaradıcılığının ümumbəşəri dəyərləri barədə geniş danışıblar.

Tədbirdə həmçinin nizamişünas Əsgər Məmmədov müəllifi olduğu "Nizami Gəncəvinin hikmət və nəsihətləri, kəlamları, aforizmləri" kitabı haqqında ətraflı məlumat verib, qüdrətli söz ustadının müdrikliyə,xeyirxahlığa,ədalətə səsləyən yaradıcılığı və fəlsəfi görüşləri barədə fikirlərini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti