...

Ombudsmanın təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub (FOTO)

Cəmiyyət Materials 19 İyun 2021 15:37 (UTC +04:00)
Ombudsmanın təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində pulsuz tibbi xidmətlərin göstərilməsində kardioloq, nevropatoloq, endokrinoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər. Həkim və mütəxəssislər tərəfindən Vətən müharibəsi nəticəsində müxtəlif növ travmalar almış, doğmalarını itirmiş şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilib.

Qeyd edək ki, layihə çərçivəsində bundan öncəki tibbi yardım aksiyası Tərtərdə təşkil edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti