...

Vaksinasiyada məcburilik nəzərdə tutulmayıb - Şahmar Mövsümov

Cəmiyyət Materials 20 Avqust 2021 12:41 (UTC +04:00)
Vaksinasiyada məcburilik nəzərdə tutulmayıb - Şahmar Mövsümov

Bakı. Çingiz Səfərli - Trend:

Vaksinasiyada ümumi icbarilik nəzərdə tutulmayıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, sadəcə müəyyən sahələrdə icbarilik var:

"Vətəndaş vaksin vurdurmağa məcbur deyil. Amma bir çox sahələrdə bu, var. Məsələn, həkimlər. Onlar bilavasitə qırmızı zonada olduqlarından, onların vaksinasiyasında icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti