...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 28 Avqust 2021 16:14 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101 101 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 451 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 594 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 990 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 604 804 təşkil edir.

Xəbər lenti

Xəbər lenti