...

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrükçünün xatirəsi yad edilib

Cəmiyyət Materials 27 Sentyabr 2021 16:11 (UTC +04:00)
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrükçünün xatirəsi yad edilib

Bakı. Trend:

Bu gün gömrük əməkdaşları Anım Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, gömrükçülər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin məzarına əklil qoyulub, xatirəsini ehtiramla yad ediblər.

Xiyabanda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət edilib, bütün şəhidlərimizin xatirəsinə ehtiram ifadə olunub.

Sonra gömrük əməkdaşları Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin inzibati binasına gələrək, burada Ülvi Hacıyevin xatirəsinə ucaldılmış büstün qarşısına əklil qoyublar.

Anım mərasimində Ülvi Hacıyevin həyat yolu barədə məlumat verilib, onun bütün gömrük əməkdaşları üçün vətənpərvərlik nümunəsi olduğu və xatirəsinin daim yaşadılacağı vurğulanıb.

26 yaşında şəhidlik zirvəsinə ucalan Ülvi Hacıyev Vətən müharibəsinə könüllü yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Ülvi Hacıyev oktyabrın 19-da Şuşa şəhəri yaxınlığında döyüşlər zamanı şəhid olub.

Ülvi Hacıyev "Vətən uğrunda" medalı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti