...

“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Cəmiyyət Materials 18 Oktyabr 2021 00:30 (UTC +04:00)
“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Bakı. Trend:

Dünyanın aparıcı internet-axtarış saytı olan "Google" oktyabrın 18-də qeyd olunan Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə xüsusi "dudl" həsr edib.

Trend-in məlumatına görə, Azərbaycan bayrağını əks etdirən "dudl"a klik edərək istifadəçilər Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixi haqqında məlumatlar olan səhifələrə keçidləri görə bilərlər.

Qeyd edək ki, "Google"ın "dudl"ları müxtəlif hadisələr, bayramlar və yubileylər şərəfinə axtarış sisteminin əsas səhifəsində görünən şəkillər, animasiyalar və oyunlardır. "Dudl"llar qlobal (bütün dünyada, bütün "Google" domenlərində mövcud olanlar) və müəyyən yerli ( yalnız bir və ya bir neçə ölkədə görülə bilən) kateqoriyalarına bölünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti