...

Yerə sürətlə yaxınlaşan asteroid kəşf edilib

Cəmiyyət Materials 12 Noyabr 2021 02:59 (UTC +04:00)
Yerə sürətlə yaxınlaşan asteroid kəşf edilib

Bakı. Trend:

Rusiya Federasiyası Elmlər Akademiyasının M.V.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun əməkdaşı Leonid Yelenin Yerə yaxınlaşan yeni asteroid kəşf edib.

Trend xəbər verir ki, asteroidin görüntüləri Abastuman rəsədxanasının AS-32 tipli teleskopu ilə alınıb.

Bildirilir ki, bu alim tərəfindən kəşf edilmiş 14-cü obyektdir. Asteroidə ilkin olaraq 2021 UL17 kimi təyin edilib və noyabrın 11-də o yerdən 18 milyon km məsafədə uçur.

Hazərda alimlər potensial təhlükəli obyektin trayektoriyasını aydınlaşdırmağa çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti