...

Azərbaycandakı miqrantlar da vaksinasiya imkanlarından istifadə edə bilərlər - Vüsal Hüseynov

Cəmiyyət Materials 17 Dekabr 2021 12:07 (UTC +04:00)
Azərbaycandakı miqrantlar da vaksinasiya imkanlarından istifadə edə bilərlər - Vüsal Hüseynov

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycandakı miqrantlar da vaksinasiya imkanlarından istifadə edə bilərlər

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, son iki il miqrant kateqoriyasına aid şəxslər üçün çox həssas bir dönəm olub. Çünki koronavirus pandemiyası səbəbindən sərhəd keçmələrində yaranan məhdudiyyətlər miqrasiya sahəsinə ciddi təsir edib.

"Bu dövr ərzində dövlət tərəfindən müvafiq addımlar atılıb ki, miqrantlar məhdudiyyətlərin neqativ təsirini minimum hiss etsinlər. Bu il ərzində Azərbaycandakı əcnəbilərin heç bir əlavə müraciət olmadan qalma müddətləri uzadılıb. Bu şəxslərin elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi üçün elektron resurslar təkmilləşdirilib. Sığınacaq müraciətləri qəbul edilib. Prosesdə dayanma olmayıb. Eyni zamanda həssas kateqoriyadan olan miqrantlara müəyyən sosial dəstək layihələri həyata keçirilib. Həmçinin ölkəmizdəki əcnəbilər vaksinasiya strategiyasına daxil ediliblər. Bu şəxslər vaksinasiya imkanlarından da istifadə edə bilərlər" - deyə, o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti