...

Ermənilər minaları torpağın üzərinə də səpiblər - Kapitan (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2021 14:18 (UTC +04:00)
Ermənilər minaları torpağın üzərinə də səpiblər - Kapitan (FOTO)

Ağdam. Aslan Məmmədli - Trend:

Ermənilər ərazilərimizin işğalı dövründə minaları torpağın altına döşəməkdən əlavə, torpağın üzərinə də səpiblər.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xidmətinin pirotexnik və istekam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov deyib.

“Nəinki torpağa, hətta ağacların, beton konstruksiyaların, dirəklərin üzərinə bərkidələcək şəkildə istehsal olunan minalar da var. Ərazidə işləyərkən mənfur düşmənin xislətini görmək mümkündür. Minaların basdırılması və istifadəsi üçün xüsusi təlimatlar var ki, düşmən bu təlimatlara uyğun yox, sürpriz vəziyyətdə onları qurub. Partlayışın dalğasını artırmaq üçün tank əleyhinə minaların üzərinə piyada əleyhinə minalar yerləşdiriblər, - deyə o qeyd edib.

Kapitan bildirib ki, hər hansı bir ərazidə partlamamış hərbi sursatlar gördükdə onlara qəti şəkildə toxunulmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti