...

BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda beynəlxalq konfrans başlayıb (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2021 13:29 (UTC +04:00)
BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda beynəlxalq konfrans başlayıb (FOTO)

Bakı. Humay Ağacanova - Trend:

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi, Halle-Vittenberq Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Vilnüs Universiteti, Fransanın Lion2 Universitetinin birgə təşkilatçılığı ilə BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəllikllərinə əks etdirən video-təqdimat və BDU-nun infoturu təqdim edilib.

Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev giriş sözü çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Qeyd edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət təşkilatlarını hüquqşünas kadrlarla təmin edib. Hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir. Hüquq fakültəsi Azərbaycan hüquq elminin ən aparıcı və köklü hüquq təhsil mərkəzi kimi həmişə özündə kifayət qədər elmi potensialı cəmləşdirib. BDU-nun Hüquq fakültəsi son dövrlər dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaradıb, bu əlaqələr tədrisin keyfiyyətinin və elmi səviyyəsinin daim yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərib.

Elçin Babayev əlavə edib ki, konfransın keçirilməsi Bakı Dövlət Universitetinin həyatında mühüm hadisədir və şübhəsiz ki, bu, elmi tədqiqatlar prosesinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək, gələcək səmərəli iş üçün stimul yaradacaq. BDU-nun professor-müəllim heyəti, ölkəmizin tanınmış hüquqşünasları ilə yanaşı konfransda xarici dövlətlərin - Türkiyə, Almaniya, Fransa, Litva, Moldova, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, dövlətlərinin nüfuzlu hüquqşünas-alimləri də iştirak edir.

Konfransda Özbəkistanın Daşkənd Hüquq Universiteti, Litvanın Vilnyus Universiteti, Almaniyanın Halle Vittenberg Universiteti ilə BDU arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

Konfransda müasir dövrdə hüquq nəzəriyyəsi və tarixi, konstitusionalizm problemləri, beynəlxalq hüquqi standartlar: yeni istiqamətlər və milli hüquq sisteminin inkişafı, cinayət hüququnun inkişafının yeni tendensiyaları, cinayət prosesi və kriminalistikanın müasir problemləri, nsan hüquqları, əqli mülkiyyət və informasiya hüququ, mülki hüquq, kommersiya hüququ və əmək hüququnun müasir problemləri istiqamətləri üzrə müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti