Bakı. Trend:
Koronavirusun omikron ştamı infeksiyanın digər variantlarından çox fərqlidir.
Azərbaycanda omikron ştamına yoluxma hallarının sayı gündən-günə artır. Həkimlər vətəndaşları bütün sanitar-epidemioloji qaydalara əməl etməyə və vaksinin buster dozasını vurdurmağa çağırır.
Omikron ştamından özünüzü necə qorumalısınız? Özünüzdə omikron ştamının ilk əlamətlərini hiss etdikdə, nə etməli?
Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Dr.Bəylər İmanov CBC.AZ telekanalına danışıb. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik: https://youtu.be/JQQLnxL4dNI
Omikronun simptomları digər ştamlara nisbətən daha yumşaqdır. Bu burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı, hərarətdir. Xəstələr bu ştamı daha yüngül keçirirlər. Ölüm sayı da azdır, amma yenə də var. Və buna görə də, hər kəs omikron ştamının ilk əlamətlərini hiss etdikdə, başqalarını yoluxrdmamaq üçün dərhal özünü təcrid etməlidir. Omikron ştamının sürətlə yayılması insanların, xüsusən də risk altında olanların vaxtında peyvənd edilməsini tələb edir