...

Xaçmazda Mobil Qruplar əhalini maarifləndirir (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2022 13:47 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz rayonunda koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Reydlər pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə həyata keçirilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Polis Şöbəsinin əməkdaşları fəal gənclərlə birlikdə qapalı məkanlarda müvafiq qaydalara əməl edilməsinə nəzarət edir, vətəndaşların tibbi maskalardan istifadə və COVID-19 virusuna qarşı vaksin olunub-olunmamalarını yoxlayırlar.

Reydlər zamanı Xaçmaz və Xudat şəhəri eləcədə Qusarçay kəndində yerləşən mağazalarda, ictimai iaşə obyektlərində və digər qapalı məkanlarda sanitar-karantin qaydalarına əməl olunması yoxlanılıb. Bir neçə mağazada bəzi alıcıların və satıcıların tibbi maskadan istifadə etmədiyi aşkarlandığı üçün barələrində inzibati qaydada tədbirlər görülüb. Restoran və kafelərdə isə müştərilərin, eləcə də xidmət personalının COVID-19 pasportu yoxlanılıb, qaydalara riayət etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarların diqqətinə çatdırılıb.

Qeyd edək ki, Xaçmaz rayonunda əhalinin maarifləndirilməsi və buster doza vaksinasiyaya cəlb olunması üçün mobil qruplar yaradılıb. Mobil qrupların üzvləri polis əməkdaşları ilə birlikdə müxtəlif kənd və qəsəbələrdə maarifləndirici tədbirləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti