...

Qarabağa "Zəfər marşrutları" hansı tarixi yerləri əhatə edəcək? - AÇIQLAMA

Cəmiyyət Materials 22 Fevral 2022 10:27 (UTC +04:00)
Qarabağa "Zəfər marşrutları" hansı tarixi yerləri əhatə edəcək? - AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Ordumuz torpaqlarımızı erməni işğalından azad etməklə yanaşı Qarabağın turizm potensialından yararlanmaq fürsəti açdı.

Ermənilərin torpaqlarımızı işğal edərkən dağıntıya məruz qoyduğu ərazilərimizə "Zəfər marşrutları" konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” marşrutları hazırlanıb. “Yolumuz Ağdama” marşrutuna erməni səngərləri və müdafiə istehkamları, üzüm tənəklikləri, Qarabağ xanlarının türbələri və yaşayış evi, Ağdam Cümə Məscidi, Ağdam şəhər mərkəzi, Çörək muzeyi, Ağdam Dram teatrı, Allahverdi Bağırovun qəbri, Qiyaslı kənd məscidi, Şahbulaq qalası, Beşikdağ alban kilsəsi, Xaçınçay su anbarı, Qutlu Musa türbəsi daxildir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

“Füzuli-Xocavənd” marşrutu Füzulinin məhv edilmiş üzümlükləri və dağıdılmış kəndləri, hərbi istehkamlar və mökəmləndirilmiş mövqelər, Köndələncay su anbarı, Füzuli rayon mərkəzi, Tuğ kəndi, Azıx və Tağlar mağaraları, Hadrut, döyüş bölgəsi olmuş qaya və panoramik görüntü, Qarğabazar karvansarayını əhatə edir.

Turların təşkilolunma tarixi hələki dəqiq məlum deyil.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti