...

Kiyev, Xarkov, Zaporojyt və Luqansk vilayətlərində humanitar dəhlizlər təşkil etməyə çalışırıq - Zelenski

Cəmiyyət Materials 23 Mart 2022 05:56 (UTC +04:00)
Kiyev, Xarkov, Zaporojyt və Luqansk vilayətlərində humanitar dəhlizlər təşkil etməyə çalışırıq - Zelenski

Bakı. Trend:

Ukrayna Kiyev, Xarkov, Zaporojye və Luqansk vilayətlərində insanların təxliyəsi üçün humanitar dəhlizlər təşkil etməyə çalışır.

Trend "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciəti zamanı söyləyib.

"Nümayəndələrimiz Kiyev, Xarkov, Zaporojye və Luqansk vilayətlərində humanitar dəhlizlərlə bağlı razılaşma əldə etməyə çalışırlar. Son iki həftə ərzində Ukraynaya 100 min tondan çox humanitar yardım gəlib. Bu yüklər bölgələr üçün xüsusi qovşaqlar vasitəsilə paylanır", - V.Zelenski qeyd edib.

O, xatırladıb ki, Ukraynaya humanitar yüklərlə bağlı kömək etmək istəyən və bu imkanı olan hər kəs üçün onlayn həll - help.gov.ua internet saytı yaradılmışdır. Sayt vasitəsiylə humanitar yükləri hansı yolla almaq, göndərmək və onu kimə ünvanlamaq lazım olduğunu öyrənmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti