...

Omikron ştammının B2 növünün sürətli yayılma qabiliyyəti var - ÜST

Cəmiyyət Materials 7 Aprel 2022 12:22 (UTC +04:00)
Omikron ştammının B2 növünün sürətli yayılma qabiliyyəti var - ÜST
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi Omikron ştammı ilə əlaqələndirilir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bir çox Avropa ölkələrində koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bu da göstərir ki, pandemiya hələ də bitməyib və qabaqlayıcı tədbirlər görməyə davam etməliyik.

"Omikron ştammının B1 və B2 növləri mövcuddur və B2 növünü daha sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin, yaşı 65-dən çox olanların, hamilə qadınların qorunması mütləqdir. Qapalı məkanlarda maskadan istifadə olunması önəmli faktordur. Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%-dən yuxarıdır, lakin hədəfimiz bu göstəricinin 70 faizi ötməsidir. Son günlər ölkədə yoluxma və ölüm halında azalma müşahidə olunur, lakin unutmamalıyıq ki, pandemiya hələ də davam edir", - deyə H. Harmancı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti