Bakı. Trend:
Hazırda xəstəxanalarda müalicə alan koronavirus xəstələrinin sayı azalıb.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
O bildirib ki, aktiv koronavirus xəstələrindən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam etdirilir.
"Onların vəziyyəti stabilləşməyə doğru gedir və yaxın müddətdə evə buraxılacaqlar", - deyə o əlavə edib.