...

ƏƏSMN-in fəaliyyət sahələri üzrə 193 mindən çox elektron arayış verilib

Cəmiyyət Materials 13 Aprel 2022 10:26 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 193 086 elektron arayış verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 elektron arayış növü istifadəyə verilib.

Bu e-xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən ilin birinci rübündə nazirliyin informasiya bazalarına edilən sorğuların sayı 55 446 674 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti