...

Xəzərdəki neft-qaz yataqlarında monitorinqlər aparılıb (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2022 14:30 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində monitorinqlər aparıb.

Trend-in məlumatına görə, bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

“Ekspedisiya qrupu tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən “Bahar”, “8 mart”, “Ələt-dəniz”, “Bulla-dəniz”, “Ümid”, “Şahdəniz”, “Abşeron”, “Çıraq”, “Mərkəzi Azəri”, “Günəşli”, “Neft Daşları”, “Palçıq pilpiləsi”, “Çilov”, “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə”, “28 may” NQÇİ, JOCAP neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər keçirilib”.

O qeyd edib ki, monitorinqlər zamanı 80 müxtəlif koordinat üzrə 292 su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib. Eləcə də, həm şimalda, həm də cənubda Xəzər dənizinin fon müşahidələri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti