...

Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsi davam edir - Nazirlik

Cəmiyyət Materials 19 Aprel 2022 14:34 (UTC +04:00)
Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsi davam edir - Nazirlik
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Oxçuçay çayı ermənilər tərəfindən çirkləndirilməsi davam edir.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva deyib.

O bildirib ki, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib.

"Nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb. Su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüflər olsun ki, çirkələnmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda 5, 5-7 dəfə çoxdur", - U.Tağıyeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti