...

Dilənçilərə pul verərkən diqqətli olun - DİN-dən müraciət

Cəmiyyət Materials 4 May 2022 10:58 (UTC +04:00)
Dilənçilərə pul verərkən diqqətli olun - DİN-dən müraciət
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün öncə Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. Bu hadisə yenidən dilənçilərlə bağlı məsələni gündəmə gətirib.

Bu barədə Trend-ə açıqlama verən DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, belə dələduzlarla əlaqədar vətəndaşlara dəfələrlə müraciət edilib:

"Məscidlərin, ziyarətgahların ətrafında belə insanlar vətəndaşların etibarından sui-istifadə edərək onları aldatmağa cəhd göstərirlər. Hər zaman vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar.

Bütün ictimai yerlərdə bu kimi neqativ hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir. Bir məqamı da qeyd etmək istəyirəm ki, vətəndaşlar tərəfindən də bu kimi hallar aşkarlanarsa, müşahidə olunarsa, dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat versinlər", - deyə N.Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti