Bakı. Trend:
Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşüb.
Trend-in sualını cavablandırarkən Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.
"Növbəti qrup bu gün səhər Ümrə ziyarətinə yola düşüb". - deyə o əlavə edib.
Onun sözlərinə görə, qrupa 36 nəfər daxildir. Səfərin mayın 30-da başa çatacağı nəzərdə tutulur.