...

Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr edilmiş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 25 May 2022 13:22
Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr edilmiş konfrans keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 22 May - Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıların diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltmək məqsədilə təşkil edilib.

Filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət Feyzullayevanın təşəbbüsü ilə təşkil olunan konfransda pedaqoji fakültənin, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

Tədbiri Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, g.m.ü.f.d. Hüseyn Mustafabəyli açaraq antrpogen amilin təbii ekosistemləri dağıtması nəticəsində yaranan törəmə landşaftlardan, belə dəyişmələrin biomüxtəlifliyə təsirindən söhbət açıb. Sonra TEC-in sədri S.Feyzullayeva erməni ekosidi, xüsusilə, meşələrin qırılması hallarından danışıb və belə halların aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.

Konfransda tarix və coğrafiya müəllimliyi ixtisasının lV tədris ilinin tələbələrindən Leyla Məmmədhəsənova “Bioloji müxtəliflik və Bioloji Müxtəliflik Gününün yaranması tarıxı”, Şəms Musayeva “Xəzər dənizinin balıq ehtiyatları”, Nişanə Fərəcova “Qafqazın böyük beşliyindən - ceyranlar”, Ömər Şahsöyünov “Qafqazın böyük beşliyindən - qartallar”, Çinarə Salmanlı “Dağ keçiləri”, Ləman Hacızadə “Dünyanın nadir quşları”, Qoşqar Çələbiyev “Qafqazın böyük beşliyindən - bəbirlər”, Salehə Qafarlı “Heyvanlardan öyrənəcəklərimiz”, Nəzrin Hüseynli “Xəzər suitisi”, ibtidai sinif müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Elnarə Hüseynova isə “Qafqazın böyük beşliyindən - qonur ayı” movzularında çıxış ediblər.

Konfransda tarix və coğrafiya müəllimliyi ixtisasının lV tədris ilinin tələbəsi Tərlan İbrahimov filialda mövcud olan bütün ixtisaslar üzrə təhsil alan tələbələr arasında aparılan sosial sorğunun nəticələrini iştirakçıların diqqətinə çatdıraraq qeyd edib ki, sorğuda iştirak edənlərin, demək olar ki, hamısı biomüxtəlifliyin qorunmasını vacib hesab edib və iştirakşçıların 85%-nin bu məqədlə təşkil olunan tədbirlərdə iştirak etmək arzusunda olduqlarını bildirib.

Tədbirin sonunda pedaqoji fakültənin dekanı fil.ü.f.d., b.m. Xalidə Abdullayeva tədbirin aktual bir mövzuya həsr olunduğunu qeyd edərək, təşkilatçılara və maraqlı çıxışları üçün tələbərə minnətdarlığını bildirib.

Elmi-praktik konfransdan sonra şəxsi fotolardan ibarət “Ekoçağırışlar” sərgisinə baxış keçirilib. Sərgidə flora və faunanın mühafizəsinə aid 35 foto nümayiş olunub. Sərgiyə təqdim edilmiş üç ən yaxşı işin seçilməsi məqsədlə iştirakçılar arasında səsvermə keçirilib. Ən yaxşı üç işi təqdim etmiş tələbələrin mükafatlandırılması nəzərdə tutulub.

Qeyd edək ki, 22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunsa da, 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması genü həmçinin Beynəlxalq Bioloji Müxtəliflik Günü (İBD) elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti