...

Perunun paytaxtında məşhur körpü Azərbaycan bayrağının rənglərinə bürünüb (FOTO)

Cəmiyyət Materials 30 May 2022 08:58 (UTC +04:00)
Perunun paytaxtında məşhur körpü Azərbaycan bayrağının rənglərinə bürünüb (FOTO)

Bakı. Trend:

Peru paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunda yerləşən “Mellizo Villena Rey” körpüsü mayın 28-də Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, körpünün üzərində həmçinin “Azərbaycan - Müstəqillik Günü” yazısı əks olunub.

Qeyd edək ki, dostluq və sevgi rəmzi olan körpü Peru paytaxtının iki mərkəzi Miraflores və Barranko rayonlarını birləşdirir.

Azərbaycan bayrağının rənglərinə bürünmüş körpü gecə boyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti