Bakı. Trend:
Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.
"Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq. Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər”, - deyə məlumatda qeyd edilib.