Bakı. Trend:
Gələn aydan ölkəmizdə əlilliyin qiymətləndirilməsi sahəsində tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında müəyyən olunmasını nəzərdə tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu da qiymətləndirmənin qabaqcıl dünya təcrübəsinə uyğun və daha əhatəli şəkildə həyata keçirilməsinə imkan verəcək.
Yeni meyarlara əsasən, əlillik təyinatına əsas yaradan xəstəliklərin və ağırlaşmaların siyahısı da xeyli genişləndirilib.