...

Qlobal səviyyədə işsizlik 3,8 faiz artıb - Beynəlxalq Əmək Təşkilatı

Cəmiyyət Materials 20 İyun 2022 11:58 (UTC +04:00)
Qlobal səviyyədə işsizlik 3,8 faiz artıb - Beynəlxalq Əmək Təşkilatı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2019-cu ilin dekabr ayı ilə müqayisə etsək qlobal səviyyədə işsizlik 3,8 faiz artıb.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Əmək Təşkilatının Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Olqa Kulayeva Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetləri və nəticələrinin müəyyənləşdirilməsi üzrə keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu, 112 milyon itirilmiş iş yeri deməkdir.

"Qlobal iqtisadiyyat və əmək bazarı pandemiyadan öncəki rəqəmlərə hələ də gəlib çatmayıb. Layiqli Əmək üzrə Ölkə Proqramı bunun öhdəsindən gəlməkdə olduqca vacibdir" - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti